İstinad vərəqi
Kursun bütün terminləri, bütün audit siyahıları və bütün prompt şablonları bir yerdə. Dərsləri bitirəndən sonra qayıdılacaq səhifə budur — işləyərkən açıq saxla.
Modul 01 · Kontekst mühəndisliyi(21 termin)
- context window
- Modelin bir anda «gördüyü» mətnin həcmi; dolduqca köhnə detallar itə bilər.
- → Kontekst işin özüdür
- project memory file
- Agentin hər sessiyada oxuduğu qaydalar faylı: CLAUDE.md, AGENTS.md və s.
- → Kontekst işin özüdür
- subagent
- Əsas söhbəti doldurmadan ayrıca bir işi (axtarış, review) görən köməkçi agent.
- → Kontekst işin özüdür
- handoff note
- Növbəti sessiyaya qalan vəziyyət: nə edildi, nə qaldı, nəyə diqqət etmək lazımdır.
- → Kontekst işin özüdür
- rules file
- Agentin hər sessiyada oxuduğu fayl: CLAUDE.md, AGENTS.md, .cursorrules. Qısa və layihəyə xas olmalıdır.
- → Alətin mimarisi: agentin hüdudları
- MCP (Model Context Protocol)
- Agentin xarici alətlərə (baza, sənəd, API) bağlanma standartı. Bilik yox, alət verir — və verdiyin hər alət yeni səlahiyyətdir.
- → Alətin mimarisi: agentin hüdudları
- permission allowlist
- Hansı əmrlərin soruşmadan işlədiləcəyi siyahısı. Geniş siyahı sürət verir, dar siyahı yuxu verir.
- → Alətin mimarisi: agentin hüdudları
- working directory / sandbox
- Agentin çıxa bilmədiyi qovluq. Sərhəd olmasa, bir səhv yol sistemin başqa yerinə toxuna bilər.
- → Alətin mimarisi: agentin hüdudları
- hook
- Müəyyən anda avtomatik işə düşən əmr: məsələn, hər redaktədən sonra formatlama və ya yoxlama.
- → Alətin mimarisi: agentin hüdudları
- debounce
- Hadisə dayananadək gözləmək; hər düymə basışında sorğu göndərməmək.
- → Simptomdan məhdudiyyətə
- memoize
- Eyni giriş üçün hesablanmış nəticəni yadda saxlayıb təkrar istifadə etmək.
- → Simptomdan məhdudiyyətə
- idempotent
- İki dəfə etmək bir dəfə etməklə eyni nəticəni verir — təkrar cəhd üçün vacibdir.
- → Simptomdan məhdudiyyətə
- cursor pagination
- Səhifələri «bu nöqtədən sonrakılar» kimi istəmək; yeni yazılar əlavə olunanda sürüşmür.
- → Simptomdan məhdudiyyətə
- specification
- Nəyin, niyə və hansı sərhədlərlə qurulacağını deyən sənəd — koddan əvvəl.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
- acceptance criteria
- İşin bitdiyini göstərən, əllə yoxlana bilən şərtlər.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
- problem decomposition
- Böyük işi hər biri ayrıca yoxlanılan kiçik addımlara bölmək.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
- vertical slice
- Bir funksiyanın bütün qatlardan (UI, API, DB) keçən ən kiçik işlək hissəsi.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
- scope creep
- İşin yolda səssizcə böyüməsi — AI ilə çox tez baş verir.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
- plan mode
- Agentin kodu dəyişmədən yalnız plan qurduğu rejim; təsdiqdən sonra icra edir.
- → Əvvəl şərtnamə, sonra kiçik addımlar
Modul 02 · Git intizamı və təhlükəsizlik toru(11 termin)
- revert
- Bir commit-i tarixi silmədən, onu ləğv edən yeni commit ilə geri almaq.
- → Git sənin geri al düyməndir
- bisect
- Xətanı hansı commit-in gətirdiyini tarixin yarısını ata-ata tapmaq.
- → Git sənin geri al düyməndir
- worktree
- Eyni repodan ikinci iş qovluğu: AI təcrübəsini əsas işinə toxunmadan ayrıca aparırsan.
- → Git sənin geri al düyməndir
- pull request
- Dəyişikliyi əsas xəttə birləşdirməzdən əvvəl review üçün təqdim etmək.
- → Git sənin geri al düyməndir
- semantic conflict
- Git-in görmədiyi konflikt: iki tərəf fərqli fayllarda bir-birinə zidd fərziyyə yazır, birləşmə təmiz keçir, sistem qırılır.
- → İki prompt, bir fayl
- small branch
- Bir-iki günlük branch. Uzun branch AI ilə daha təhlükəlidir, çünki ayrılıq sürəti insan sürətindən yüksəkdir.
- → İki prompt, bir fayl
- rebase vs merge
- Rebase tarixi düz xətt edir, merge birləşməni qeyd edir. Komandada qayda birdir və hamı ona əməl edir.
- → İki prompt, bir fayl
- lockfile conflict
- package-lock kimi generated faylların konflikti əllə həll edilmir — yenidən yaradılır.
- → İki prompt, bir fayl
- code owner
- Müəyyən qovluğa dəyişiklik gələndə kimin baxmalı olduğunu deyən qayda. AI sürətli yazanda bu daha vacib olur.
- → İki prompt, bir fayl
Modul 03 · Kodu oxumaq və təhlükəsizlik auditi(23 termin)
- side effect
- Funksiyanın qaytardığı dəyərdən başqa etdiyi hər şey: yazmaq, göndərmək, dəyişmək.
- → AI kodunu oxumaq
- resource leak
- Açılıb bağlanmayan şey: listener, timer, abunəlik — yaddaş sızmasının adi səbəbi.
- → AI kodunu oxumaq
- render loop
- Komponentin hər render-də yeni obyekt yaradıb özünü yenidən render etdirməsi.
- → AI kodunu oxumaq
- HTTP request / response
- Metod, yol, header-lər, gövdə; status kodu. Kimlik harada gedir, bunu bilməlisən.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- CORS
- Brauzerin başqa domenə sorğunu buraxıb-buraxmamaq qaydası. Təhlükəsizlik deyil, brauzer siyasətidir.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- escape sequence
- Sətirdə backslash ilə başlayan xüsusi simvol: \n, \r, \t. Səhv işlədiləndə mətni səssizcə dəyişir.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- encoding (UTF-8)
- Simvolların bayta necə çevrildiyi. Səhv olanda «ə» «Ã™» kimi görünür.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- event loop
- JavaScript-in async işləri növbə ilə necə icra etdiyi; await-in əslində nə etdiyi.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- SQL JOIN
- İki cədvəli ortaq sütun üzrə birləşdirmək; N+1-in əvəzi çox vaxt budur.
- → Yazmadığın, amma oxumalı olduğun əsaslar
- authentication / authorization
- Birincisi «sən kimsən?», ikincisi «bunu etməyə haqqın var?» sualıdır.
- → İnterfeys kilid deyil
- broken access control
- OWASP Top 10:2025 siyahısında 1-ci yer: icazə yoxlamasının olmaması və ya səhv olması.
- → İnterfeys kilid deyil
- IDOR / BOLA
- Sorğudakı id-ni dəyişib başqasının məlumatına çatmaq, çünki server sahibliyi yoxlamır.
- → İnterfeys kilid deyil
- identity spoofing
- Özünü başqası kimi təqdim etmək — məsələn, gövdədə başqasının id-sini göndərmək.
- → İnterfeys kilid deyil
- 401 / 403
- 401: kim olduğun bilinmir. 403: kim olduğun bilinir, amma icazən yoxdur.
- → İnterfeys kilid deyil
- SameSite
- Cookie-nin başqa saytdan gələn sorğularla göndərilib-göndərilmədiyini təyin edir. Sayt və API ayrı domendədirsə, Lax cookie-ni göndərmir.
- → Sessiya, limitlər və sızmalar
- HttpOnly / Secure
- HttpOnly: JavaScript cookie-ni oxuya bilməz. Secure: yalnız HTTPS ilə gedir.
- → Sessiya, limitlər və sızmalar
- rate limiting
- Müəyyən vaxtda cəhd sayını məhdudlaşdırmaq. Hansı cəhdləri saydığın vacibdir.
- → Sessiya, limitlər və sızmalar
- user enumeration
- Xəta mesajlarından hansı hesabların mövcud olduğunu öyrənmək.
- → Sessiya, limitlər və sızmalar
- PII
- Şəxsi məlumat: e-poçt, IP, ad. Harada saxlanıldığını və görsəndiyini bilməlisən.
- → Sessiya, limitlər və sızmalar
- key derivation (PBKDF2 / Argon2)
- Parolu yavaş hash-ə çevirmək ki, oğurlanmış baza asanlıqla sındırılmasın.
- → Sessiya, limitlər və sızmalar
- data retention
- Hər növ məlumatın nə qədər saxlanıldığı və nə vaxt silindiyi.
- → Sessiya, limitlər və sızmalar
Modul 04 · Arxitektura və tək həqiqət mənbəyi(22 termin)
- module boundary
- Bir hissənin bitib digərinin başladığı yer; hər hissə yalnız öz işini görür.
- → Koddan əvvəl: xəritəni çək
- data flow
- Məlumatın hansı istiqamətdə getdiyi: client → API → DB və geri.
- → Koddan əvvəl: xəritəni çək
- trust boundary
- Məlumatın yoxlanılmalı olduğu keçid: brauzerdən gələn heç nəyə avtomatik etibar edilmir.
- → Koddan əvvəl: xəritəni çək
- coupling
- İki hissənin bir-birindən nə qədər asılı olduğu; biri dəyişəndə digəri də qırılırsa, bağlılıq yüksəkdir.
- → Koddan əvvəl: xəritəni çək
- stale comment
- Kodun artıq etmədiyi (və ya heç vaxt etmədiyi) bir şeyi təsvir edən şərh.
- → Tək həqiqət mənbəyi
- optimistic update
- Server cavab verməmişdən nəticəni göstərmək; rədd olunsa, geri qaytarmaq lazımdır.
- → Xoşbəxt yoldan kənarda
- timeout
- Cavabı nə qədər gözləyəcəyinin həddi; olmasa, interfeys sonsuza qədər donub qalır.
- → Xoşbəxt yoldan kənarda
- N+1 query
- Siyahı üçün bir sorğu, sonra hər element üçün bir sorğu daha — 100 element, 101 sorğu.
- → Məlumat: sorğular, yarışlar, limitlər
- index
- Bazanın axtarışı bütün cədvəli oxumadan etməsi üçün qurulan struktur.
- → Məlumat: sorğular, yarışlar, limitlər
- transaction
- Bir neçə dəyişikliyin ya hamısının, ya da heç birinin baş verməsi.
- → Məlumat: sorğular, yarışlar, limitlər
- constraint (CHECK / UNIQUE)
- Bazanın özünün qəbul etmədiyi qayda: məsələn, say ≥ 0 və ya bir istifadəçiyə bir səs.
- → Məlumat: sorğular, yarışlar, limitlər
- atomic update
- Oxu-dəyiş-yaz əvəzinə bir addımda dəyişmək: SET votes = votes + 1.
- → Məlumat: sorğular, yarışlar, limitlər
- platform limits
- Hostinqin sərt həddləri: sorğu başına CPU, yaddaş, sətir sayı, pulsuz plan kvotaları.
- → Məlumat: sorğular, yarışlar, limitlər
Modul 05 · Dərin sistemlər və edge məhdudiyyətləri(12 termin)
- CPU time / wall time
- CPU vaxtı — kodun həqiqətən işlədiyi vaxt. Wall time — ümumi vaxt, gözləmə daxil. Edge limiti adətən birincini ölçür.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- Web Crypto API
- Brauzerdə və edge-də olan native kriptoqrafiya (crypto.subtle). JS-də yazılmış kitabxanadan qat-qat sürətlidir.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- WebAssembly (WASM)
- JS-dən sürətli işləyən kompilyasiya olunmuş kod. Ağır hesablamanı edge-ə sığdırmağın bir yolu — amma ölçülmədən seçilməməlidir.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- offloading
- Ağır işi sorğunun yolundan çıxarmaq: brauzerə, növbəyə, cron-a və ya ayrıca servisə.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- cold start
- Uzun fasilədən sonra ilk sorğunun əlavə başlama vaxtı. Böyük bundle onu uzadır.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- micro-benchmark
- Bir əməliyyatın dəfələrlə təkrarlanıb orta vaxtının ölçülməsi. Təxmin yox, rəqəm.
- → CPU büdcəsi: edge-də hər millisaniyə
- event loop
- JS-in işləri növbə ilə icra etdiyi dövr. Bir iş uzun sürsə, növbədəki hər şey — kliklər də — gözləyir.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
- long task
- Əsas thread-i 50ms-dən çox tutan iş. İstifadəçi onu «donma» kimi hiss edir.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
- Web Worker
- Ağır hesablamanı əsas thread-dən ayrı thread-də işlətmək üçün brauzer mexanizmi.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
- heap snapshot
- Yaddaşın bir andakı şəkli. İki snapshot-u müqayisə etmək nəyin böyüdüyünü və onu kimin tutduğunu göstərir.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
- unbounded cache
- Ölçü həddi və ya vaxt limiti (TTL) olmayan keş — uzun işləyən prosesdə yavaş sızmadır.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
- flame chart
- Profiler-in vaxtın hansı funksiyalara getdiyini göstərən qrafiki.
- → Event loop və yaddaş: donmayan, sızmayan kod
Modul 06 · Domen modelləşdirmə və simulyasiyalar(12 termin)
- finite state machine
- Sonlu sayda adlı vəziyyət və onlar arasında icazə verilən keçidlər.
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- transition
- Bir hadisənin bir vəziyyəti digərinə çevirməsi. Siyahıda olmayan keçid qadağandır.
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- discriminated union
- TypeScript tipi: hər vəziyyətin öz status etiketi və yalnız özünə aid məlumatı var.
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- guard
- Keçidin şərti: «yalnız fayl seçilibsə yükləməyə keç».
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- impossible state
- Kodun təmsil edə bildiyi, amma real dünyada olmamalı olan kombinasiya.
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- pure reducer
- (vəziyyət, hadisə) → yeni vəziyyət funksiyası, yan təsirsiz — ona görə cədvəllə test olunur.
- → Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz et
- fixed timestep
- Simulyasiyanı ekranın kadr tezliyindən asılı olmayaraq sabit dt ilə irəlilətmək.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
- numerical integration
- Diferensial tənliyi addım-addım həll etmək. Explicit Euler enerji «yaradır»; semi-implicit Euler və Verlet daha sabitdir.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
- determinism
- Eyni başlanğıc + eyni seed = eyni nəticə. Onsuz xəta təkrarlanmır, test yazılmır.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
- dimensional analysis
- Vahidləri yoxlamaq: m/s² ilə millisaniyəni vurmaq nəticəni 1000 dəfə səhv edir.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
- model / view separation
- Model hesablayır, görünüş yalnız çəkir. Görünüş heç vaxt vəziyyəti dəyişmir.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
- conservation check
- Enerji və ya impuls kimi saxlanmalı olan kəmiyyətin zamanla dəyişmədiyini yoxlamaq.
- → Simulyasiya: riyaziyyatı AI-a düzgün demək
Modul 07 · Avtomatik sübut və statik analiz(15 termin)
- failing test first
- Xətanı düzəltməzdən əvvəl onu təkrarlayan və uğursuz olan yoxlama yazmaq.
- → «Hazırdır» sübut tələb edir
- end-to-end check
- Real brauzerdə istifadəçi kimi bütün yolu keçən yoxlama.
- → «Hazırdır» sübut tələb edir
- sibling paths
- Eyni xətanı yarada biləcək digər yollar: ehtiyat yollar, digər endpoint-lər, digər çağıranlar.
- → «Hazırdır» sübut tələb edir
- invariant
- Həmişə doğru qalmalı olan qayda: «heç bir endpoint istifadəçi id-sini gövdədən oxumur».
- → Layihəni qoruyan yoxlamalar
- exit code
- Prosesin bitəndə qaytardığı rəqəm: 0 uğur, qalanı uğursuzluq. Saxtalaşdırıla bilməyən yeganə xülasə.
- → Layihəni qoruyan yoxlamalar
- golden set
- Nəticənin əllə yoxlanmış düzgün cavablarla müqayisə edildiyi nümunələr.
- → Layihəni qoruyan yoxlamalar
- CI
- Hər push-da yoxlamaları avtomatik işlədən sistem (məsələn, GitHub Actions).
- → Layihəni qoruyan yoxlamalar
- contract test
- Çıxışın formasını yoxlayan test: sahələr var, tipləri düzgün, aralıq gözləniləndir.
- → Model dəyişəndə: müqavilə testləri
- schema validation
- Gələn məlumatı sərhəddə sxemə görə yoxlamaq. Uymursa, içəri buraxılmır.
- → Model dəyişəndə: müqavilə testləri
- model pinning
- Konkret model versiyasını konfiqurasiyada sabitləmək ki, yeniləmə seçim olsun, sürpriz yox.
- → Model dəyişəndə: müqavilə testləri
- eval set
- Bilinən girişlər və qəbul edilən cavablar toplusu. Model dəyişəndə əvvəl bunu işlədirsən.
- → Model dəyişəndə: müqavilə testləri
- fallback path
- Çıxış müqaviləyə uymayanda nə olur: təkrar cəhd, sadə rejim, yoxsa dürüst xəta mesajı?
- → Model dəyişəndə: müqavilə testləri
Modul 08 · Canlı sistem, loglar və xərc(10 termin)
- environment
- Lokal, test, canlı — hər birinin öz domeni, sirləri və limitləri var.
- → Deploy, sirlər, müşahidə
- secret
- API açarı, parol, token. Repoda yox, platformanın sirr anbarında saxlanılır.
- → Deploy, sirlər, müşahidə
- rollback
- Canlını əvvəlki işlək versiyaya qaytarmaq. Nə qədər çəkdiyini əvvəlcədən bilməlisən.
- → Deploy, sirlər, müşahidə
- observability
- Loglar, metriklər, xəbərdarlıqlar — sistemin içində nə baş verdiyini görmək bacarığı.
- → Deploy, sirlər, müşahidə
- token cost
- AI API-nin hər çağırışının qiyməti. Model seçimi, prompt keşi və qısa kontekst onu azaldır.
- → Deploy, sirlər, müşahidə
- threat model
- Kim hücum edə bilər, nəyi istəyir, hansı yolla — qurmazdan əvvəl düşünmək.
- → Final: bütöv layihənin auditi
- severity
- Tapıntının ciddiliyi: nə qədər zərər verir və nə qədər asan istifadə olunur.
- → Final: bütöv layihənin auditi
- remediation plan
- Tapıntıları ciddiliyə görə düzəltmək üçün kiçik, yoxlanılan addımlar.
- → Final: bütöv layihənin auditi
- verified finding
- Kodda təsdiqlənmiş tapıntı. Təsdiq olunmayan təxmin hesabatdan çıxarılır.
- → Final: bütöv layihənin auditi
Bu səhifəni çap etsən, açıq olan bölmə çap olunur.
Modul 01
Kontekst mühəndisliyi
- Plan kod yazılmazdan əvvəl təsdiqləndimi?
- Şərtnamədə hər nullable sahənin və hər xəta halının mənası varmı?
- AI layihə qaydalarına əməl etdi, yoxsa öz konvensiyasını gətirdi?
- Diff tapşırığın sərhədindən kənara çıxırmı?
- AI-ın işlətdiyi hər termini başa düşürəm?
Modul 02
Git intizamı və təhlükəsizlik toru
- Hər commit bir fikirdir?
- Diff-də tapşırıqla əlaqəsi olmayan fayl varmı?
- Mexaniki görünən dəyişiklik (encoding, escape, generated fayl) davranışı dəyişirmi?
- Commit mesajı nəyi yox, niyəni deyir?
- Təcrübə ayrı branch-da və ya worktree-dədir?
Modul 03
Kodu oxumaq və təhlükəsizlik auditi
- Hər endpoint serverdə həm authn, həm authz yoxlayırmı?
- Kimlik yalnız sessiyadan gəlir — gövdədən, query-dən, ehtiyat yoldan yox?
- Resource id qəbul edən yerdə sahiblik və ya üzvlük yoxlanılır?
- Cookie atributları canlı domenlərə uyğundur (SameSite, Secure, HttpOnly)?
- Limitlər düzgün şeyi sayır və sayğac həqiqətən yazılır?
- Açılan hər listener, timer, abunəlik bağlanır?
Modul 04
Arxitektura və tək həqiqət mənbəyi
- Yeni state yarandı? Sahibi kimdir?
- Eyni fakt iki yerdə saxlanılırmı?
- Hər optimistic update-in geri qaytarma yolu varmı?
- Döngünün içində sorğu (N+1) varmı?
- Mümkün olmayan vəziyyəti bazanın özü rədd edirmi?
- Eyni anda gələn iki sorğu nəticəni pozurmu?
Modul 05
Dərin sistemlər və edge məhdudiyyətləri
- Yeni kitabxana hədəf runtime-da (edge, brauzer) işləyirmi, yoxsa yalnız Node-da?
- Ən ağır əməliyyatın CPU vaxtı ölçülübmü və limitə sığırmı?
- Kriptoqrafiya native API ilə (Web Crypto) edilir, JS kitabxanası ilə yox?
- Əsas thread-də 50ms-dən uzun sinxron iş varmı?
- Hər keşin ölçü həddi və ya TTL-i varmı?
- «Sürətləndirdim» deyən dəyişikliyin əvvəl/sonra rəqəmi varmı?
Modul 06
Domen modelləşdirmə və simulyasiyalar
- Status bir neçə boolean ilə yox, adlı vəziyyətlərlə təmsil olunur?
- Siyahıda olmayan keçid rədd edilirmi?
- Düstur, vahidlər və işarə qaydaları koddan əvvəl yazılıb?
- Model çəkmədən ayrıdır və saf funksiyadır?
- Zaman addımı sabitdir və kadr tezliyindən asılı deyil?
- Model ən azı iki bilinən cavabla yoxlanılırmı?
Modul 07
Avtomatik sübut və statik analiz
- Düzəlişdən əvvəl uğursuz olan bir yoxlama varmı?
- Qonşu yollar da yoxlanılıb?
- Yoxlama exit code ilə hökm verir, çap olunan sətirlərlə yox?
- Qayda qəsdən pozulanda yoxlama qırmızı olurmu?
- CI hər push-da işləyirmi?
Modul 08
Canlı sistem, loglar və xərc
- Lokal və canlı arasında nə fərqlidir (domen, cookie, limit)?
- Ən ağır əməliyyat platformanın CPU limitinə sığırmı?
- Hansı cədvəl sonsuz böyüyür və onun təmizləmə işi varmı?
- Sirlər repodan kənardadır?
- Rollback nə qədər çəkir?
- AI API çağırışlarının xərci ölçülürmü (model seçimi, keş, token)?
Kontekst işin özüdürKontekst mühəndisliyi
prompt
Read this repository and draft a rules file for AI agents:
- the stack, and how to run, build and check it
- the folder structure and what belongs where
- the invariants (who owns auth and identity, where authorization happens)
- conventions visible in the existing code (naming, comments, i18n)
- a «never do» list drawn from past bugs in the git history
Keep it under 150 lines. Only include what isn't obvious from the code.Alətin mimarisi: agentin hüdudlarıKontekst mühəndisliyi
prompt
Audit my agent setup before we start working.
- Read the rules file. Which lines are generic advice that changes nothing?
Propose cuts, and say what is missing that only this project knows.
- List every tool and MCP server available to you, and what each one could
reach at worst. Flag any that can write outside this repository.
- List the commands allowed to run without asking me. Flag anything that
deploys, deletes, or sends data anywhere.
- Propose a smaller set that still lets us work, and say what we lose.Simptomdan məhdudiyyətəKontekst mühəndisliyi
prompt
I will describe a problem in plain words. Before fixing anything:
1. Restate it as a precise technical hypothesis:
which component, which state, what mismatch.
2. Name the class of problem (the terms engineers use for it).
3. Tell me how to confirm or rule out the hypothesis
(a log, a query, a request) — then do that and show me the result.
Only after the hypothesis is confirmed, propose a fix.
Problem: <...>Əvvəl şərtnamə, sonra kiçik addımlarKontekst mühəndisliyi
prompt
Write a technical spec for <feature>. Include:
- Goal and non-goals
- Data model changes; for every nullable field, what null means
- API endpoints: method, path, who may call it, what it returns on error
- Edge cases and failure modes
- Acceptance criteria I can check by hand
- An implementation plan in steps; each step independently verifiable
Ask me any question the spec cannot answer on its own. Do not write code.Git sənin geri al düyməndirGit intizamı və təhlükəsizlik toru
prompt
Summarise the uncommitted changes:
- group them by purpose
- flag anything unrelated to <task>
- flag anything that looks mechanical but changes behaviour
(encoding, escapes, whitespace in strings, generated files)
- propose how to split them into small commits, with messages
that say why, not what.İki prompt, bir faylGit intizamı və təhlükəsizlik toru
prompt
We have a conflict between two branches that were each written
with an AI from different prompts.
- Summarise what each side was trying to do, in one sentence per side.
- List the places where the two intents contradict, not just where the lines
collide — including files that merge cleanly but assume different things.
- Propose which intent survives and why, and what the merged code must do
that neither side does today.
- After the merge, name the check that would have caught this contradiction.AI kodunu oxumaqKodu oxumaq və təhlükəsizlik auditi
prompt
Review this diff as a sceptical senior engineer. Rank findings by severity.
Check: trust boundaries, where identity comes from, error paths,
new state and who owns it, N+1 queries, unnecessary re-renders,
leaked resources (listeners, timers, subscriptions), and comments
that don't match the code.
For each finding give a concrete failure scenario:
inputs or state -> what goes wrong. Skip style.Yazmadığın, amma oxumalı olduğun əsaslarKodu oxumaq və təhlükəsizlik auditi
prompt
Explain <concept> to me using code from THIS repository, not a generic example.
- Show where it matters here (file:line).
- Show one bug it could cause here.
- Show how I would spot that bug in a diff.
Then ask me three questions to check I understood, and wait for my answers.İnterfeys kilid deyilKodu oxumaq və təhlükəsizlik auditi
prompt
Act as a security reviewer. For every API endpoint in <path>:
- Who is allowed to call it? Where is that checked (file:line)?
If it is only checked in the UI, flag it.
- Where does the caller's identity come from? Flag any id, key, role
or owner taken from the body, the query string, or any header other
than the verified session. Include fallback paths.
- For endpoints that take a resource id: is ownership or membership
checked on the server?
Output a table: endpoint | authn | authz | identity source | verdict.Sessiya, limitlər və sızmalarKodu oxumaq və təhlükəsizlik auditi
prompt
Review the auth flow end to end: sign-up, login, logout,
password reset, email verification.
For each step:
- What is rate limited, and what exactly is counted (success or failure)?
Is the counter written, not just read?
- Could an attacker learn whether an account exists?
- Where is PII (email, IP) stored, shown or logged, and for how long?
- How is the session sent (cookie attributes, header), and does that
work across the domains we actually deploy to?
List concrete failure scenarios, not general advice.Koddan əvvəl: xəritəni çəkArxitektura və tək həqiqət mənbəyi
prompt
Before writing any code, produce an architecture note for <feature>.
1. Components: list each module/file and its single responsibility.
2. Data ownership: for every piece of state (tokens, ids, user data, cache),
name the ONE module that owns it. Everything else reads through that owner.
3. Data flow: show the direction (client -> API -> DB, and back).
Mark every trust boundary.
4. Out of scope: what this feature will not do.
Do not write implementation yet. Stop and wait for my approval.Tək həqiqət mənbəyiArxitektura və tək həqiqət mənbəyi
prompt
Audit this codebase for duplicated sources of truth.
For each of: auth token, user id, user profile, permissions,
server data cached on the client:
- list every place it is stored or computed (file:line)
- say which one is authoritative
- flag any function that is defined but never called
- flag any comment that describes behaviour the code does not perform
Report only; do not change code.Xoşbəxt yoldan kənardaArxitektura və tək həqiqət mənbəyi
prompt
For <component>, list every network call. For each one, show
what the user sees on:
success | 401/403 | 4xx validation error | 5xx | timeout | offline
Where state is updated optimistically, show the rollback path
and the message the user gets.
Where a request is retried, is the operation idempotent?
Where the UI claims something happened, is that claim true in every branch?
Then implement the missing cases.Məlumat: sorğular, yarışlar, limitlərArxitektura və tək həqiqət mənbəyi
prompt
Review the data layer:
- List every query executed per page load and per API call.
Flag loops that query once per item (N+1).
- For each WHERE and ORDER BY, is there an index?
- Which values can two requests change at once? Show how each stays
correct (transaction, constraint, atomic update).
- Which states should be impossible (negative counts, duplicate votes)?
Does the database refuse them, or only the code?
- Which tables grow without bound? Propose a retention rule.
- Compare the heaviest operation with the platform's CPU and memory limits.CPU büdcəsi: edge-də hər millisaniyəDərin sistemlər və edge məhdudiyyətləri
prompt
Before choosing a library for <task>, check it against the platform.
- Platform: <e.g. Cloudflare Workers, free plan, 10 ms CPU per request>.
- Write a micro-benchmark for the heaviest operation and report CPU time
per call (not wall time), on the real runtime if possible.
- If it doesn't fit, list the options in order: a cheaper algorithm,
a native platform API (Web Crypto, streams), WASM, moving the work
to the client, a queue or a scheduled job. For each, say what it costs
in security or user experience.
Never choose a Node-only library for an edge runtime without saying so.Event loop və yaddaş: donmayan, sızmayan kodDərin sistemlər və edge məhdudiyyətləri
prompt
Profile <page or endpoint> before optimising anything.
- Record a performance trace of <interaction>; list every long task
(over 50 ms) with the function it comes from.
- Take a heap snapshot, repeat <action> ten times, take another;
list what grew and what still references it.
- For each finding, propose one fix (a Web Worker, chunking, memoizing,
removing a listener, bounding a cache) and the measurement that will
prove it worked.
Don't change code until I've seen the numbers.Vəziyyət maşınları: mümkün olmayanı yazıla bilməz etDomen modelləşdirmə və simulyasiyalar
prompt
Model <feature> as a finite state machine before writing any UI.
- List every state by name, and the data that exists only in that state.
- List every event and the transition it causes; anything not listed is forbidden.
- Mark guards (conditions on a transition) and side effects (what runs on entry).
- Express it in TypeScript as a discriminated union plus a pure
transition function.
- Write a table test that walks every allowed transition and asserts
that at least one forbidden one is refused.Simulyasiya: riyaziyyatı AI-a düzgün deməkDomen modelləşdirmə və simulyasiyalar
prompt
Build <simulation> with the model separate from the drawing.
- First state the law(s) as equations, with units, and the sign conventions.
- Model: a pure function step(state, dt) -> state, with a fixed timestep
and a named integration method (say why that one).
- Randomness only through a seeded RNG, so any run can be replayed.
- View: draws the state and never changes it.
- Checks: compare the model against at least two known answers
(a closed-form case, a conservation law) within a stated tolerance,
and show the result with dt halved.«Hazırdır» sübut tələb edirAvtomatik sübut və statik analiz
prompt
Before you fix <bug>:
1. Write a check that reproduces it, run it, and show me it fails.
2. Fix it.
3. Run the same check and show me it passes.
4. List every other code path that could produce the same bug —
fallbacks, other endpoints, other callers — and check those too.
Do not tell me it is fixed until step 3 has output I can read.Layihəni qoruyan yoxlamalarAvtomatik sübut və statik analiz
prompt
Write a check script for this invariant: <rule>.
- It must exit non-zero on a violation and print the file:line that broke it.
- Add it to the aggregate check command.
- Then deliberately break the rule once, show me the check catching it,
and revert the break.Model dəyişəndə: müqavilə testləriAvtomatik sübut və statik analiz
prompt
<feature> depends on a model's output. Bind it to a contract.
- Define the schema the output must satisfy: fields, types, ranges,
and what is optional. Validate it at the boundary, before use.
- Write contract tests: a valid output passes; a renamed field, a missing
field, an extra explanation and an empty answer each fail loudly.
- Show the fallback path for a failed contract, and what the user sees.
- Say where the model version is pinned, and what we run before changing it.Deploy, sirlər, müşahidəCanlı sistem, loglar və xərc
prompt
Write a deployment runbook for this project:
- how to deploy each part, and how to verify it is live
- how to roll back, and roughly how long that takes
- which secrets exist and where each one is set (never their values)
- what to check in the logs after a deploy
- everything that differs between local and production
(domains, cookies, CPU and memory limits, environment variables)
- every AI API call the app makes: which model, how often,
and an estimated monthly costFinal: bütöv layihənin auditiCanlı sistem, loglar və xərc
prompt
We will audit this project in passes. This pass: <architecture | security | data | failure modes | tests>.
- Produce findings with file:line, severity, and a concrete failure scenario.
- Verify each finding against the code before reporting it;
drop anything you cannot confirm.
- Then propose a remediation plan ordered by severity,
in small, independently verifiable steps.